26 May 2016 23:53
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

BBC 20 ildir Böyük Britaniyada yaşayan imam Süleyman Qanini İŞİD tərəfdarı kimi təqdim etdiyi üçün ondan üzr istəyib.

BBC aprelin 18-də “Londonun bələdiyyə başqanı: Böyük Mübahisə” proqramında aparıcı Andrey Neil Süleyman Qani haqqında "İŞİD tərəfdarı" ifadəsini işlədib.

BBC-nin üzrxahlıq məktubunda bildirilir ki, Süleyman Qani haqqında işlədilən ifadələr doğru deyil: "İşlətdiyimiz ifadəyə görə Süleyman Qanidən üzr istəyirik".

Qeyd edək ki, İngiltərənin baş naziri Devid Kamron da parlamentdəki çıxışında Süleyman Qanini "İŞİD tərəfdarı" adlandırmış və sonra ifadəsinə görə üzr istəmişdi.

İngiltərənin müdafiə naziri Mixail Fallon da Süleyman Qanini İŞİD ilə əlaqələndirmişdi. Amma imam məhkəməyə müraciət edəndən sonra nazir üzrxahlıq etmişdi.

20 ildir Londonda yaşayan Süleyman Qani İslam araşdırmaları fakültəsini bitirib və hazırda Tutinq İslam Mərkəzində imam kimi fəaliyyət göstərir.

Ayxan


Müəllif: