Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze reportaj hazırlayarkən qəza nəticəsində həyatını itirib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Z. Txelidze Deşet rayonundan reportaj hazırlayıb.
Jurnalist Xad kanyonunda dağ çayına düşən çəkiliş aparatını çıxarmaq istəyərkən suya düşüb. Z. Txelidzenin axtarışına 50 xilasedici cəlb edilib və bu gün cəsədi tapılıb.