3 İyun 2016 21:16
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan “Terrorizm 2015" hesabatında terror təşkilatı PKK-nın Suriya qanadı PYD və YPG-nin adı yoxdur.

Teleqraf.com xəbər verir ki, hesabatın Türkiyə bölümündə PKK, TAK, DHKP-C, MLKP kimi terror təşkilatların adları sadalanıb, İŞİD-in Türkiyədəki cinayətləri sadalanıb.

PYD və YPG ilə bağlı hesabatda qeyd olunub ki, Türkiyə Suriyada fəaliyyət göstərən Demokratik Birlik Partiyası (PYD) və onun əsgəri qanadı Xalq Müdafiə Birliyini (YPG) terror təşkilatı kimi qəbul edir.

Hesabatın sonunda ABŞ-ın terror təşkilatı kimi qəbul etdiyi qurumlar siyahısında PKK-nın adı qeyd olunsa da, PYD və YPG kənarda qalıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər