İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 3 hərbçisi Suriyada həlak olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında korpusun polkovniki Rza Rüstəmi Mukaddem olub. Məlumatlara görə, iranlı hərbçilər Hələb uğrunda gedən döyüşlər zamanı həyatlarını itiriblər.
Qeyd edək ki, 2012-ci ildən bugünə qədər Suriyada 1200-dən çox iranlı hərbçi həlak olub.
Samir