8 İyun 2016 09:31
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Odessa-Reni trassında təmir işləri bitənə kimi, o, yolun yaxınlığında çadırda işləyəcək. Bu barədə Trend lenta.ru saytına istinadən xəbər verir.

Qeyd olunur ki, trassda quraşdırılan çadırın üzərində "Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti" yazılıb.

"Nə qədər lazım gələrsə, burada o qədər də olacam ki, bu yolun təmiri yekunlaşdırılsın", deyə Saakaşvili bildirib. O qeyd edib ki, işlərin intensivliyi və maliyyələşdirilməsindən narazıdır.

Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2015-ci ilin may ayında o, Odessa vilayəti Dövlət Administrasiyasının başçısı təyin olunub. Bundan əvvəl prezident Petro Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığı alıb.


Müəllif:

Oxşar xəbərlər