14 İyun 2023 14:51
4 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc şairə-esseist Seyid Aynurun "Lal gəmilər" adlı ilk kitabı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, kitaba müəllifin şeir və esseləri daxil edilib.

1987-ci ildə Bakı şəhərində anadan olan Seyid Aynur Bakı Dövlət Univeritetinin hüquq fakültəsini bitirib, Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin məzunudur.

2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şeir və esseləri dövrü mətbuatda - "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi"də və "Ulduz" jurnalında çap olunub.

Bundan başqa, 2018-ci ildə Türkiyədə nəşr olunan Azərbaycan ədəbiyyatı antologiysına şeirləri daxil edilib.

"Lal gəmilər" kitabına tanınmış ədəbi-tənqidçi, professor Vaqif Yusifli ön söz yazıb.

Hazırda Bakı Mühəndislik Universitetinin (BMU) İnsan resursları şöbəsinin mütəxəssisi olan Aynur Seyidova İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında da iştirak edib.


Müəllif: Teleqraf.com