21 Avqust 2020 13:51
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın təzyiqlərinə məruz qalan Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Sarukyan siyasətdən getməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet Gagik Sarukyanın siyasi proseslərdə fəal olmadığını və bu passivliyin səbəblərini partiya liderinin tezliklə siyasətdən gedəcəyi ilə əlaqələndirib. Nəşr oliqarx siyasətçi kimi tanınan Sarukyanın tezliklə bunu elan edə biləcəyini də iddia edib.

Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi İveta Tonoyan isə mediada yayılmış məlumatları təkzib edib. O, bununla Sarukyanın öz rəqiblərini sevindirməyəcəyini bildirib.

Əlavə edək ki, müxalifətdə Ermənistan baş nazirinin əsas rəqiblərindən biri sayılan Qagik Sarukyan barəsində korrupsiya və rüşvət ittihamı ilə cinayət işi açılıb. Partiya lideri barəsində irəli sürülən ittihamları qəbul etmir, bunu “siyasi sifariş” adlandırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər