3 Noyabr 2020 00:56
4 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Krallığının Londonda ərəb dilində nəşr olunan “Əl-Şərq Əl-Ausat” qəzetində “Yerevan Putindən kömək istəyir: Moskva toqquşmaların Ermənistanın daxilinə keçdiyi təqdirdə köməyini təqdim edə bilər” sərlövhəli məqalə dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvanın Ermənistanın təhlükəsizliyinin qorunmasını təmin etmək üçün müdaxilə etməsi ilə bağlı rəsmi müraciət etdiyi bildirilir. Paşinyanın sözügedən məktubuna Rusiya XİN-dən rəsmi cavabın gecikmədiyi və cavab məktubunda rəsmi Moskvanın Ermənistanın ərazisi üçün birbaşa təhlükə yaranmadığı və qarşıdurmaların birbaşa Ermənistan ərazisinə keçdiyi halda Rusiyanın lazım olan yardımı edə biləcəyi qeyd edilib.

Bildirilib ki, ölkəsinin rəzil duruma düşdüyünü anlayan Ermənistanın Rusiyadakı səfiri V.Toğanyan Rusiya xəbərlər agentliyinə verdiyi müsahibədə Ermənistanın Rusiya ilə ikitərəfli müqavilələri çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparmaq istədiyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakı barədə heç bir söhbət getmədiyi və erməni tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bundan əvvəl yardım üçün müraciət etmədiyini söyləyib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinin digər tərəflərin Qarabağ regionunda davam edən qarşıdurmaya müdaxilə etməsini istəmədiyi, Ermənistanın böhranı beynəlmiləlləşdirməyə çalışdığı barədə fikirləri diqqətə çatdırılıb.

Daha sonra Prezident İlham Əliyevin öz müsahibəsində üçüncü bir ölkənin müdaxiləsini gözləmədiyi, ətrafımızdakı ölkələrlə ortaq və dost olduğumuz üçün hər hansı bir dövlətin müdaxiləsi ehtimalını da görmədiyi, Ermənistanın digər ölkələri döyüşlərdə iştirak etmək üçün sürükləmək istədiyi və ancaq bunun mümkün olmayacağına əminliyi barədə fikirləri qeyd edilib.

Məqalədə o da bildirilib ki, Azərbaycan Prezidenti Bakının münaqişəni həll etmək məqsədilə danışıqlar masasına oturmağa hazır olduğunu təsdiqləyib, lakin döyüşlərin uzadılmasının yalnız 3 atəşkəs müqaviləsini pozan Ermənistanın mövqeyindən asılı olduğunu və bunun işğalçı ölkənin öz məğlubiyyətini etiraf etdiyi zaman torpaqlarımızı tamamilə azad etməsinə dair cədvəl təqdim etdikdən sonra baş verə biləcəyini də əlavə edib.

Ərəb qəzeti onu da vurğulayıb ki, son bir ay ərzində BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsini müzakirə etmək üçün iki qapalı iclas keçirməsinə baxmayaraq, həmin iclasların sonunda heç bir qərar və məcburi sənəd qəbul edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər