Hakimiyyətdə olan “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərir ki, indiki hökumət erməni xalqına qarşı bağışlanmaz cinayət törətməklə Qarabağ və Ermənistanın başına hansı müsibət gətirdiyini hələ anlaya bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresinin bəyanatında bildirilib.
Bəyanatda hökumətin daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd etdiyi və əslində qarşıdurmanı kəskinləşdirən bir yol tutduğu vurğulanır.
“Bu iddia etdikləri demokratiya və parlamentarizmin kobud sürətdə pozulmasından başqa bir şey deyil”, - Erməni Milli Konqresinin açıqlamasında qeyd edilib.