“Baş nazir Nikol Paşinyanın getdiyi yol onu cəhənnəmə aparır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik-Şahnazaryan deyib.
Ekspert Ermənistanın hökumət başçısını “vətənə xəyanət”də ittiham edib:
“İmzaladığı təslim aktından bir həftə keçdi. Bu günə qədər bu hökumət vəziyyəti düzəltmək üçün heç bir addım da atmadı. Tamamilə əksinə - bu fəlakətli dönəmdə vəziyyəti dəyişmək üçün ən kiçik bir fürsət tapmağa çalışanların hamısını təqib edib həbs etdi. İndi də utanmadan, onu lənətləyən insanlara “yol xəritəsi” təklif edir.
Bu olmayacaq, Nikol! Sən və mən eyni yolda deyilik. Bu yol bir metr də deyil. Bu yolda tək gedəcəksiniz düz cəhənnəmə.
Bu axşam - saat 18: 00-da Azadlıq Meydanında toplanacağıq. Gəlin bir araya gələk, bütün pislərə və onların xain planlarına “Yox” deyək”.
Bundan əvvəl Ermənistan Baş nazir Nikol Paşinyan növbəti altı ay üçün aparacağı fəaliyyətlərinin yol xəritəsini təqdim etmişdi.