24 Dekabr 2020 12:45
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, qalxan və dəbilqə ilə təchiz olunmuş gücləndirilmiş polis dəstələrinin binanın giriş-çıxışlarını mühasirəyə aldığı qeyd olunur.

Ermənistan Daxili İşlər Nazirliyinin bölmələri hökumət binası yaxınlığındakı yollardan birini bağlayıb.

“Sputnik Ermənistan” yazır ki, dekabrın 23-də “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyan nazirlər kabinetinin iclasının keçiriləcəyi Ermənistan hökumətinin binasını mühasirəyə almaq niyyətində olduqlarını bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər