Video əlavə olunub:
***
11:52
Ermənistan hakimiyyəti erkən seçki keçirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” yazıb.
Qəzetin məlumatına görə, Baş nazir Nikol Paşinyan bu məqsədlə müxtəlif siyasətçilərlə görüşlər keçirir. Xüsusilə, Qurgen Arsenyana seçki blokunda seçkilərə getməyi təklif edib.
Paşinyan Arman Babacanyanın “Respublika Naminə” və Edmond Marukyanın “İşıqlı Ermənistan” partiyalarını bu bloka daxil etmək niyyətindədir.
Qeyd edilib ki, indiyə qədər Aram Sərkisyan, Respublikaçı Partiyası və Qurgen Arsenyan bu təkliflə razılaşıblar.