29 Yanvar 2021 14:50
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İstintaq Komitəsi İrəvan şəhər idarəsi hökumət binalarını ələ keçirməyə cəhd göstərən beş nəfəri həbs edib.

Teleqraf.com xəbər verir ki, yanvarın 28-i saat 17:00-da İrəvanın Respublika meydanında əvvəlcədən elan olunan mitinq keçirilib.

İrəvan İstintaq Komitəsi bildirib ki, mitinq zamanı bir qrup şəxs əvvəcədən razılaşdırılaraq Nazirlər Kabinetini ələ keçirməyə cəhd edib.

İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 34-219-cu maddənin 1 və 2-ci bəndinə əsasən ( dövlət binalarını ələ keçirmək cəhdi) cinayət işi açıb və 5 nəfəri saxlayıb. Hazırda araşdırmalar aparılır.

Xatırladaq ki, dünən Respublika meydanında Baş nazir Nikol Paşinyan və hökumətinin istefasını tələb edən mitinq keçirilib. Mitinq iştirakçıları hökumət binasına soxulmağa çalışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər