16 Fevral 2021 11:30
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan növbəti dəfə təxribatçı açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Armnews” telekanalına müsahibəsində danışıb.

Sərkisyan hesab edir ki, Ermənistan hakimiyyəti müharibə zamanı “Qarabağın müstəqilliyi”ni tanımalı idi.

Onun sözlərinə görə, hakimiyyət Qarabağın müstəqilliyini elan etmək üçün vaxtı və diplomatik fürsəti əldən verib: “Müharibə zamanı İrəvanın bunu elan etmək üçün mənəvi haqqı var idi".

Serj Sərkisyan baş verən hadisələr zəncirinin təcrübəsizlik, xəyanət və sui-qəsdin nəticəsi olduğuna inanır: “Baş verənləri bağlı obyektiv istintaqla aydınlaşdırmaq mövcud hakimiyyətin dövründə mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər