26 Fevral 2021 10:33
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında heç bir təxribat qeydə alınmayıb. Mən özüm meydandan kifayət qədər gec getmişdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan Azadlıq meydanında qurulan çadırları ziyarət edərkən jurnalistlərə deyib.

O əlavə edib ki, müxalifətin proqramı elan olunub, lakin dəyişikliklər də mümkündür: “Şura iclası saat 11:00-a təyin edilib və mümkündür ki, parlamentdə də məsələ müzakirə olunacaq. Saat 13:00-da toplaşıb mitinq keçirəcək, danışacağıq. Yürüş olacaq. İndi gündəmin əsas məsələsi hərbi vəziyyətin ləğvi olacaq. Milli Məclisin iclası təyin ediləcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər