“Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarına gəlsə, ordu ona itaət etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.
“Bu, bir nəfərin və onun vəzifəsi yox, ordunun nüfuzu məsələsidir. Əgər Qasparyan vəzifədən getsə, Paşinyan kimi korpus komandirlərinin qovulmasına və hərbçilərin yenidən gözdən düşməsinə imkan yaradacaq”, - Manukyan bildirib.
O, Ermənistan ordusunu Baş nazir Nikol Paşinyana qarşı silahlı mübarizəyə çağırıb.
Sabiq baş nazir hesab edir ki, hadisələrin gələcək inkişafı parlamentin qapılarının önündə dayanacaq ordudan asılıdır.