24 Mart 2021 10:53
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti bu gün keçirilən iclasında ölkədə 27 sentyabr 2020-ci ildə tətbiq olunan hərbi vəziyyət rejimini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hərbi vəziyyət rejiminin ləğv qərarı layihəsi müxalifətdəki “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyaları tərəfindən təklif edilib, parlament çoxluğu layihəni dəstəkləyib.

Nəticədə 118 lehinə, 1 əleyhinə, 1 bitərəf olmaqla qərar layihəsi qəbul edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər