“Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Artak Davtyan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir, demək olar ki, heç bir insident baş vermir. Lakin ümumi gərginlik davam edir və bu həm döyüş növbətçiliyinə, həm də gündəlik həyatımıza təsir göstərir”, - general bildirib.
Davtyan Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin məntiqinə yenidən baxmağın zəruriliyi barədə açıqlamalarını şərh etməkdən imtina edib.