Ermənistan Xüsusi İstintaq Xidmətinin yaydığı istintaq məlumatlarına əsasən, 2010-cu ildə müdafiə naziri olmuş Seyran Ohanyanın imzaladığı gizli qərarla bir sıra qanunları pozaraq "Dzora" SES QSC-nin 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində olan səhmlərinin bloku - "Dzoraget Hydro" üçün nəzərdə tutulan 3 milyard 600 milyon dramı (təxminən 7 milyon dollar) mənimsənilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Enerji və təbii sərvətlər Naziri Armen Movsisyanın təklifi ilə hökumət kiçik su elektrik stansiyaları üçün elektrik enerjisi istehsalının maksimum həcmini əvvəlki 10 MVt-dan 30 MVt-a qaldırıb.
Ölkədə su elektrik enerjisinin inkişafını təşviq etmək bəhanəsilə əslində isə "Dzoraget Hydro" MMC-yə fayda vermək üçün Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan və komissiya üzvləri hökumətin qərarını yekdilliklə təsdiqləyiblər.
Beləliklə, 26,4 MVt gücündə "Dzoraget Hydro" kiçik su elektrik stansiyaları siyahısına daxil edilib. Nəticədə, istintaq orqanının hesablamalarına görə, "Dzoraget Hydro" 2012-2019-cu illərdə 7 milyard dramdan (təxminən 1,4 milyon dollar) çox əlavə qazanc əldə edib.
Cinayət işi üzrə istintaq materialları Baş prokurorluğa göndərilib.
İş üzrə sabiq müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyan ittiham edilir.