Ötən gün Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.
Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.