5 May 2021 14:38
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xüsusi İstintaq Xidməti bu ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı irəli sürülən yeni ittihamı elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə istintaq xidməti məlumat yayıb.

Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq) təqsirləndirilən şəxs qismində mühakimə olunacaq.

Bundan əvvəl Ermənistan müdafiə idarəsinin sabiq rəhbərinə Cinayət Məcəlləsinin 300.1-ci (konstitusiyanı pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Mikael Arutyunyan 1-2 mart 2008-ci il hadisələrinə görə, keçmiş prezident Robert Köçəryan və bir sıra digər sabiq rəsmilərlə birlikdə mühakimə edilir. Məlum hadisələrdə müxalifət və asayiş qüvvələri arasındakı qarşıdurmada 10 nəfər ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər