Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Fransaya işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
O, bu gün Parisdə Fransa Prezidenti Emmanuel Makron, Milli Məclisin sədri Rişar Ferran və Senat sədri Jerar Larşe ilə görüşəcək.
Nikol Paşinyan iyunun 2-də Fransadan Belçikaya gedəcək. O, səfər çərçivəsində Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel, Belçika Baş naziri Aleksandr de Kro ilə görüşəcək.