13 İyun 2021 00:45
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan çıxışı zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvvəlcə prezident, sonra isə baş nazir adlandırıb.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, hadisə Qexarkunikdə seçkiqabağı mitinqdə baş verib.

15 erməni hərbçinin Azərbaycandan buraxılması və mina xəritəsinin verilməsindən danışan Paşinyan deyib:

"Nə vaxt ki, prezident... Rusiyanın baş naziri Sergey Lavrov İrəvana gəldi və bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışla çıxış etdi...".

Bu zaman Paşinyanın arxasında dayanan xanımı Anna Akopyan və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan ona gülüblər.


Müəllif: Teleqraf.com