Qarabağdakı qanunsuz erməni hərbi qüvvələrinin bir əsgəri xidmət etdiyi hərbi hissələrdən birinin postunda ölümcül güllə yarası alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
2002-ci il təvəllüdlü Sərkis Qriqoryanın hansı səbəblərdən öldürüldüyünün bəlli olmadığı iddia edilib.
Hadisənin gecə saatlarında baş verdiyi bildirilir.