10 Sentyabr 2021 20:27
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiqran Avinyan iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində “Vətəndaş müqaviləsi” partiyasının qurduğu hökumətdə 2018-ci ilin may ayından etibarən tutduğu baş nazirin müavini vəzifəsini tərk etdi.

Teleqraf.com bildirir ki, onun əvəzinə daha əvvəl ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini tutan Suren Papikyan baş nazirin müavini təyin edilib.

Ermənistanda yaradıcı heyətinin xəbər duyumunun yüksək olduğu şübhə doğurmayan “Medimaks” agentliyi baş nazir müavininin aparatından əvvəl və sonra çəkilən fotoları müqayisə edərək aparatda baş verən dəyişikliyə diqqəti yönəldib.

Belə ki, Suren Papikyan sentyabrın 6-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz, Moldova və Belarusdakı regional rəhbəri Katarina Borlin Hansen ilə görüşüb.

Fotoda baş nazir Nikol Paşinyanın fotosunun nazir müavininin kabinetində, dövlət bayrağının yanında peyda olduğu görünür.

Halbuki, 2021-ci ilin aprelində baş nazirin müavini Tiqran Avinyan Avropa İttifaqının səfiri Andrea Viktorin və ABŞ səfiri Linn Treysi ilə aparatda görüşəndə ​​bayrağın yanında Paşinyanın şəkli yerləşdirilməmişdi.

Ancaq bu, yeganə fərq deyil.

Sentyabrın 6-da Suren Papikyan Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovu da qəbul edib. Həm bu, həm də Katarina Borlin Hansen ilə görüşdə baş nazirin müavininin “masanın başında” oturduğu görünür.

Suren Papikyandan fərqli olaraq, Tiqran Avinyan işgüzar görüşlər zamanı masanın ortasında otururdu. Buna fotolar şahidlik edir.


Müəllif: Səxavət Həmid