Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında Eyvazlı və Çayzəmi Azərbaycan toponimlərinin hökumət iclasında və mesajlarda niyə xatırladıldığına aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, N.Paşinyana bununla bağlı deputatlar tərəfindən sual verilib.
N.Paşinyan suala cavab olaraq deyib:
“Bu, sadə bir səbəbdən edilir. Ermənistan Respublikası vətəndaşlarına aydın olmalıdır ki, qeyd edilən məsələ Ermənistan Respublikası və ya Ermənistan Sovet Sosialist Respublikasının ərazisində deyil, bu ərazinin hüdudlarından kənardadır. Bununla bağlı hələ 2010-cu ildə Ermənistan Respublikasında hüquqi olaraq “İnzibati ərazi bölgüsü haqqında” qanun qəbul edilib”.