Noyabrın 5-i saat 11:00-a olan məlumata görə, Ermənistanda 316 839 koronavirusa yoluxma halı təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, noyabrın 4-də 11 533 test aparılıb, 1835 yeni yoluxma halı təsdiqlənib, 1987 nəfər sağalıb, 50 ölüm faktı qeydə alınıb.
5 noyabr saat 11:00-a olan məlumata görə, tam mənzərə aşağıdakı kimidir.
Təsdiqlənmiş halların ümumi sayı 316 839 nəfərdir
Faktiki xəstələr: 32 069
Sağalanlar: 276 865
Ölənlər: 6582
Cəmi test sayı: 2 157 442
Qeyd edək ki, noyabrın 3-də də Ermənistanda COVID-19-dan 50 ölüm faktı qeydə alınmışdı.