Ermənistan Prezidenti Armen Sarksiyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini Stepan Qalstyab vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl erməni generalla bağlı mətbuatda tənqidi materiallar çap olunub.
Onun həbs edilməsi ehtimalları gündəmə gətirilib.