Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə silahlı qüvvələrin Azərbaycanla sərhəddəki hərbi mövqelərinə, eləcə də hərbi hissələrdən birinə baş çəkib.
Teleqraf.com xəbər verir ki, Paşinyan döyüş mövqelərində xidmət edən əsgər və komandirlərlə görüşüb.
Ermənistan baş naziri postlara baxış keçirib, cəbhə xəttində aparılan işlər, eləcə də hərbi qulluqçuların xidmət şəraiti ilə tanış olub.
Baş nazirin hansı istiqamətdə yerləşən hərbi hissədə olduğu bildirilməyib.