17 Fevral 2022 12:05
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.

N.Paşinyan qeyd edib ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi üzrə texniki və layihələndirmə işlərinə başlanılıb:

“Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın vaxtlarda sənəd şəklində qeydə alınacaq və proses de-yure tam sürətlə davam edəcək”, – Paşinyan deyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər