9 Mart 2022 10:23
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistaın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

Teleqraf.com xəbər verir ki, baş nazirin rəhbərlik etdiyi hökumət nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində baş nazir Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Sonra hər iki dövlətin başçıları Parisdə keçiriləcək Ermənistan-Fransa forumunda iştirak edəcəklər.

Tədbirdə Ermənistan və Fransa arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələləri müzakirə olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər