“Rusiya Ermənistanın anti-Rusiya davranışlarından narahatdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Nəşr Rusiyanın Ermənistan mediasını fəal şəkildə izlədiyini iddia edib:
“Rusiya Ermənistanın anti-Rusiya davranışından narahatdır və hesab edir ki, rəsmi İrəvan Avropa və ABŞ-la oyunlarını davam etdirir. Əldə etdiyimiz məlumata görə, Rusiya hüquq-mühafizə orqanları Rusiya-Ukrayna müharibəsi ilə bağlı hakimiyyətin özünü necə apardığını aydınlaşdırmaq erməni mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir. Monitorinq nəticəsində hökumətin Ermənistanda anti-Rusiya təbliğatını himayə etməsinin sübutu kimi gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyət orqanlarına, habelə Nikol Paşinyanın masasına göndərilir. Onların fikrincə, bunlar hökumət üzvlərinin anti-Rusiya fikirlərini ifadə edir.
Ruslar dərhal tədbirin görülməsini və günahkarların cəzalandırılmasını istəyirlər. Rusiya artıq Paşinyanın ikili oyunlarına dözməyə hazır deyil və mütləq sədaqət və müttəfiqlik sübutunu tələb edir”.