Rusiya Prezidenti Vladimir Putin ilin sonunda, təxminən oktyabr-dekabr aylarında Ermənistana gələ bilər, təfərrüatlar, o cümlədən dəqiq tarixlər üzərində iş gedir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Gündəliyimizdə Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərinin təşkili məsələsi var. Mümkündür ki, bu, ilin ikinci yarısında - oktyabrdan dekabr ayına kimi baş versin. Təbii ki, tarixlə bağlı razılaşacağıq”, - Mirzoyan qeyd edib.