“Biz Ermənistanı Rusiyasız, Rusiyanı isə Ermənistansız təsəvvür edə bilmərik”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiya inteqrasiyası komitəsi sədrinin birinci müavini Kazbek Taysayev deyib.
Onun sözlərinə görə, bu ölkələri heç kimin əlindən ala bilməyəcəyi “böyük qələbə” birləşdirir.
“Bizi həm də ortaq mədəniyyət, tarix, din, inanc bağlayır”, - rusiyalı deputat bildirib.