11 Noyabr 2022 23:28
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər.

“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər