ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının strategiya, planlaşdırma və siyasət üzrə idarəsinin direktoru general-mayor Daniel Lasika Ermənistana gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Noyabrın 16-17-nə planlaşdırılan səfər zamanı amerikalı general İrəvandalı qondarma erməni soyqırımı memorialına əklil qoyacaq, Ermənistan müdafiə naziri Suren Papikyanla görüşəcək. Eləcə də bu ölkənin baş qərargah rəisi Edvard Asryan və Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ermənistan-ABŞ təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
General Lasika sülhməramlı qüvvələrin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasiminə qatılacaq.