10 Fevral 2023 17:18
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə münasibətlərinin gərginləşməsi Ermənistan üçün təhlükəli və risklidir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

“Hər iki ölkədə dostluq münasibətlərini tam anlamayan və ya müttəfiq saymayan hakimiyyətlər olsa belə, Ermənistanla Rusiyanın düşmən olacağını düşünmürəm. Geosiyasi reallıqlar elədir ki, bu iki dövlət ən azı tərəfdaş olmağa məhkumdur, amma ən optimal variant (Ermənistan üçün) təbii ki, müttəfiqlik münasibətləridir. İndi demək olar ki, Ermənistan və Rusiyanın bəzi hakimiyyət nümayəndələri qeyri-adekvat və rasional olmayan təsəvvürlərdədir və hər iki tərəfdən maraqlar tapdalanır. Bu, Rusiyadan çox, Ermənistandan qat-qat böyük həcmdə edilir, çünki Rusiyada belə bir anlayış var ki, nə vaxtsa regionda öz təsirlərini bərpa edə bilərlər. Bu ssenari Rusiyada daim müzakirə olunur”, - ekspert bildirib.

Şahnazaryan Rusiya ilə gərginliyin Ermənistan üçün təhlükəli olduğunu söyləyib:

“Şübhəsiz ki, Ermənistan üçün təhlükələr həddən artıq böyükdür. Təəssüf ki, bu təhlükələr və risklər hakimiyyət tərəfindən idarə olunmur. Əksinə, Ermənistan hakimiyyəti təxribat xarakterli addımlarla Rusiyanı, belə demək mümkünsə, yoldan çıxarmaq üçün hər şeyi edir”.

Politoloq bu kontekstdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dediyini xatırladıb:

“Rusiya tərəfdən cəza tədbirləri həyata keçirilir və bundan Ermənistan əziyyət çəkir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər