Bu gün Avropa Birliyi (AB) ölkələrinin nümayəndələrindən ibarət 100 nəfərlik müşahidə missiyası Ermənistana gəlir.
Teleqraf.com xəbər verir ki, müşahidəçilərin arasında 8 fransız jandarma zabiti və 15 alman polisi var.
Avropalı müşahidəçilər Ermənistanın Azərbaycanla təmas xəttində yerləşdiriləcək. Bu, AB-nin ikinci və daha böyük monitorinq missiyası olacaq.
Xatırladaq ki, ötən il oktyabrın 19-dan dekabrın 19-dək 40 nəfərdən ibarət ilk qrup Ermənistanda olub. İkinci missiyanın göndərilməsi barədə qərar Avropa Komissiyası tərəfindən yanvarın 23-də qəbul edilib.