Ermənistan sərhəd qoşunlarının hərbçisi intihar edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Mənbə olayın Sünikdə (Zəngəzurda) yerləşən N saylı hərbi hissələrdən birində baş verdiyini bildirib:
“Əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl Sünikdə bir sərhədçi intihar edib. İntihar edən sərhədçi dünən dəfn olunub. Ancaq diqqətçəkən məqam odur ki, aidiyyəti qurumlar, o cümlədən Milli İstintaq Komitəsi bu barədə heç bir məlumat yaymayıb.
Son vaxtlar istər silahlı qüvvələrdə, istərsə də sərhəd qoşunlarında intihar halları artıb. Amma bu yöndə qeydə alınan halların yalnız kiçik bir hissəsi rəsmi olaraq açıqlanır”.