20 Aprel 2023 15:33
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın qorxuları fəlakətli sürətlə artır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Müharibədən sonra da parlamentə baş çəkərkən, görünməmiş təhlükəsizlik tədbirləri görülmüşdü: parlamentin ətrafı, həyəti və içəridə mühafizəçi qıtlığı yox idi. Hətta Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər belə mühafizəyə məruz qalmışdılar, keçid məntəqəsi ciddi nəzarətə götürülmüşdü. Nəhayət, Paşinyanın parlamentə son gəlişi zamanı mühafizəçiləri baş nazirin təhlükəsizliyi adı altında medianın işini məhdudlaşdırmaq qərarına gəlib. Parlament jurnalistlərinə yaxından Paşinyanın foto və video çəkilişinə icazə verilməyib, bunu uzaq məsafədən ediblər”, - nəşr bildirir.

“Hraparak” qeyd edir ki, zalda işləyən operatorlara baş naziri yaxından çəkməmələri barədə xəbərdarlıq olunub:

“Dünən o da məlum olub ki, Paşinyanın gəlişi ilə əlaqədar İnsan Haqları Komissiyasının sədri Taquhi Tovmasyanın sədrliyi ilə keçirilməsi planlaşdırılan müzakirəyə 44 günlük müharibədə həyatını itirən bir qrup əsgər valideynləri parlamentə buraxılmayıb. İclas fövqəladə vəziyyətə görə təxirə salınıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər