24 Aprel 2023 22:09
12 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadınların Ermənistan ordusuna cəlb edilməsi faydalı olmaya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu erməni ordusunun keçmiş hərbçisi Andranik Poqosyan deyib.

“Məqsədin nə olduğunu söyləmək çətindir, ümumilikdə insanların bu məsələ ilə bağlı fikirləri çox ziddiyyətlidir. “Niyə”sini bilmirəm, amma öz fikrimi söyləyə və bu plan həyata keçirilərsə, indi mövcud olan və gələcəkdə yaranacaq digər riskləri hesablaya bilərəm”, - keçmiş hərbçi bildirib.

Poqosyanın sözlərinə görə, Ermənistan ordusunun bu dəyişikliyə ehtiyacı vardı, amma artıq gecdir:

“Ermənistanın düşdüyü bu depressiyanın içində bu planı həyata keçirmək mümkün olmaya bilər. Çox zəhmət tələb edən layihədir, yanlış moderasiya zamanı qızların orduda olması nəinki faydalı olmayacaq, əksinə, onu tam məhv olmaq həddinə çatdıracaq. Çox həssas mövzudur, bir gün oyanıb qızların da orduda xidmət etməsinə qərar vermək qəbuledilməzdir”.

Poqosyan qərarın Ermənistan cəmiyyətində etiraz yaratdığını vurğulayıb. Keçmiş hərbçi bir gün oyanıb buna qərar verənlərin bir gün də ayılıb, hər şeyin məhv olduğunu görə biləcəklərini də sözlərinə əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər