“Nikol Paşinyan Ermənistanı eksperimental heyvana çevirib. Ermənistan rəhbərliyi mümkün müharibə ərəfəsində Rusiya ilə münasibətləri gərginləşdirir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.
“Bu, bədəli çox ağır olacaq macəradır. Roma Statutunun ratifikasiya üçün parlamentə göndərilməsi, ABŞ ilə hərbi təlimlər... Moskva artıq bunlara sərt reaksiya verib. Bir şəxs (Paşinyan) eksperimental heyvanın yerinə bütöv bir dövləti qoyub. Biz isə başımızı aşağı salıb taleyimizi gözləyirik”, - ekspert bildirib.
Onun sözlərinə görə, baş nazirin xanımı Anna Akopyanın Ukraynaya səfəri və Roma Statutunun təsdiqi fəaliyyəti Rusiyaya birbaşa mesajdır. Ovannisyan Paşinyanın Rusiyanın xoşuna gəlməyən başqa bir addımı atdığını da vurğulub. Bu, Ermənistanın KTMT missiyasından imtina etməsi ilə əlaqəlidir.