18 Oktyabr 2023 16:12
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın əleyhinə sensasion sayılacaq açıqlama verməyib, belə narazlıqları həmişə olub”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

Paşinyanın çıxışının Rusiyada artıq təxribat xarakterli kimi qələmə verilməsinə və onun Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu getdiyinin bildirilməsinə gəlincə, xarici işlər nazirinin müavini söyləyib:

“O açıqlama ilə tanış deyiləm, xüsusən də anonim olduğu üçün şərh verməkdən çəkinəcəm. Siz çıxışı eşitmisiniz, Avropa Birliyi ilə münasibətlərimiz kontekstində heç bir sensasion xəbər yox idi”.

Ovannisyan Rusiyanı sərt sözlərlə ittiham edən Ermənistan baş nazirinini belə müdafiə edib:

“Heç bir sensasion bəyanat verilmədi, konkret bir ölkənin adı çəkilmədi, sadəcə olaraq müttəfiqlərimizdən məyusluq olduğu bildirildi”.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən Avropa Parlamentinin plenar iclasında çıxış edib. Paşinyan çıxışında Rusiyanın əleyhinə sərt ifadələrə yer verib. Çıxışından sonra Rusiyanın TASS agentliyi Ermənistan baş nazirini “təxribatçı” adlandırıb. Agentlik anonim rəsmi mənbəyə istinadla onun Zelenskinin yolunu getdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər