15 Noyabr 2023 23:59
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Böyük Britaniya hərbçiləri noyabrın sonunda qərargah danışıqlarının altıncı raundunu keçirməyi planlaşdırır

Teleqraf.com xəbər verir ki, bu barədə Londonda keçirilən Ermənistan və Böyük Britaniya arasında strateji dialoqun ilk görüşünün yekunları üzrə birgə bəyanatda deyilib.

Sənəddə qeyd olunub ki, Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq ingilis dilini öyrənən erməni hərbi və polis zabitlərinin sayının artması, böyük və kiçik komandanlıq və idarəetmə heyəti üçün Böyük Britaniyada təlim kurslarında yerlərin artırılması, həmçinin mina təhlükəsi ilə bağlı çoxmillətli sülhməramlılıq və yardım proqramları ilə yanaşı dərinləşməkdə davam edir.

Bundan əlavə, tərəflərin tezliklə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş bağlayacağı bildirilir. Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin də Ermənistana səfəri gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər