Hazırda Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında heç bir görüş planı yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Paşinyan dekabrın sonunda Peterburqda keçiriləcək qeyri-rəsmi görüşə gəlsə, bu, iki lider arasında dialoq üçün əla fürsət olacaq.