26 Dekabr 2023 14:53
6 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirmək fikrindən daşınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” erkən seçki məsələsini hələlik yaya qədər dayandırmaq qərarına gəlib. Səbəb odur ki, Paşinyan onun erkən seçkidə qələbəsini tam təmin edə biləcək müvafiq ciddi strukturlara və komanda üzvlərinə malik olmadığını düşünür”, - məlumatda deyilir.

Nəşrin iddiasına görə, Ermənistan baş naziri qələbəni bəri başdan təmin etmək üçün komandasında ciddi dəyişikliyə hazırlaşır:

“Paşinyan ən azı bir neçə naziri uzaqlaşdırmaq niyyətindədir. Hakim partiyadakı mənbəmizin sözlərinə görə, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ekologiya naziri Akop Simidyan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçaturyan və iqtisadiyyat naziri Vahan Kerobyan hədəfdədir.

Paşinyan həm də hazırkı müavini Mqer Qriqoryanı Rusiyanın təsiri altında fəaliyyət göstərən fiqur hesab edərək xidmətlərindən imtina etmək istəyir.

Paşinyan hazırda müxtəlif qərbyönlü fiqurlarla qızğın danışıqlar aparır, kimi baş nazirin birinci müavini təyin edə biləcəyini anlamağa çalışır. Xatırladaq ki, Ararat Mirzoyan qısa müddətdə həmin vəzifədə çalışıb, bundan sonra heç kim təyin olunmayıb.

Avropa Birliyinin 2.6 milyard avroluq qrantının idarə olunmasını Mqer Qriqoryana həvalə etmək istəmirlər. Bunun üçün Qərbə onun maraqlarına uyğun isim lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər