Rusiyanın Baş Kəşfiyyat İdarəsininin “Fancy Bear” haker qrupu bu ilin yayında Ermənistan, Ukrayna və Tacikistanın dövlət qurumlarına hücumlar həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bunu erməni informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan deyib.
O əlavə edib ki, bu haker qrupu son 10 ildə bir neçə dəfə Ermənistanın dövlət qurumlarına qarşı ciddi hücumlar həyata keçirib.
Martirosyanın iddiasına görə, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda aktiv şəkildə haker qrupları qurulmağa başlayıb, paralel olaraq Rusiya, Ukrayna və digər ölkələrdən muzdlulardan istifadə olunub.
“2020-ci ildə hər şey ciddiləşdi, Bakı bu sahədə ciddi potensiala malik olan Türkiyə tərəfini də cəlb etməyə başladı. Bundan başqa, İsraillə ciddi əməkdaşlıq qurulub ki, bu da təkcə Azərbaycana silah tədarükü baxımından yox, həm də kiberməkan sahəsində bizim üçün təhlükədir”, - ekspert bildirib.