30 Dekabr 2023 00:13
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Onun mətbuat katibi hələ ki, xəbəri təsdiqləməyib və rəsmi məlumatları izləməyi tövsiyə edib.

Qeyd edək ki, R.Xaçatryan Ermənistanda rusiyapərəst mövqeyilə tanınır. O, bir müddət öncə ölkədə Rusiya telekanallarının yayımının qadağan edilməsinə qarşı çıxaraq, belə bir məsələsinin müzakirə olunmadığını bildirib.

Nazirin istefası barədə artıq neçə vaxtdır şaiyələr gəzir.

Xatırladaq ki, R.Xaçatryan 2022-ci il aprelin 27-də nazir təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər