Çox adamın başında belə bir model var ki, ona görə, təhlükəsizliyimizi təmin etmək funksiyalarını müəyyən qədər yetirən Rusiya olub, indi onun yerinə başqasını seçmək lazımdır, hər iki tezis yanlışdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.
“Rusiya ən azı 2016-cı ildən bu funksiyaları yerinə yetirməyib, bu günə kimi yerinə yetirmir və yerinə yetirmək niyyətində deyil. Məşğuldurlar, başqa yerdə min bir dərdi var. Rusiya qarant deyildi. Kimsə, o cümlədən Qərb o xəyali Rusiyanı əvəz edə bilərmi? Əlbəttə, yox. Gec-tez özümüz işləməliyik, yoxsa işlər daha da pisləşəcək”, - ekspert bildirib.
İskəndəryanın sözlərinə görə, dünya təcrübəsi göstərir ki, münaqişə tərəfləri razılığa gələ bilməyəndə texniki vasitəçi lazım olur:
“Bu səbəbdən də regionda baş verən hadisələrlə birbaşa maraqlanan ölkələr fərqli deyil. Məsələn, Rusiya vicdanlı vasitəçi ola bilməz, o, bu regionda oyunçudur, neytral ola bilməz. Belə proseslər üçün regionda real marağı olmayan ölkələr lazımdır”.
O xatırladıb ki, Rusiya ilə Qərb çox kəskin toqquşma içindədir, ona görə də Qərbin istənilən hərəkəti Rusiyada qısqanclığa səbəb olur:
“Eyni zamanda, bizim cəbhədə Qərb-Rusiya qarşıdurmasında ciddi heç nə baş vermir. Xəbər səs-küyünə daha az diqqət yetirməlisiniz. Rusiya və Qərb ölkələrinin əsl mübahisə nöqtəsi var: Ukrayna”.