3 Aprel 11:16
4 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hazırkı hakimiyyəti “çoxəsrlik tarixə malik qədim erməni sivilizasiyası”nı bu gün işləri bərbad gedən Avropa Birliyi (AB) ilə boş yerə müqayisə edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ermənistanın rəsmi qurumlarından birinin Ermənistanın Avropaya xas demokratiya və bəzi digər dəyərlərin daşıyıcısı olduğunu söylədiyi sitatını gördüm. Məni təəccübləndirən bilirsiniz nədir? İrəvandakı hakimiyyət nümayəndələri niyə belə himayədarlıq edirlər, nəyə görə qədim erməni sivilizasiyasını onun mövcud mədəniyyəti, tarixi, Avropa demokratiyasından çox-çox əvvəl mövcud olmuş dövlətçiliyi ilə indiki, ölməkdə olan Avropa Birliyi ilə müqayisə edirlər? Avropa demokratiyası haqda sitatlar gətirəndə məhz bundan danışırlar. Ermənistan mədəniyyətdir, dövlət quruluşudur və bunlar dövlətçiliyin əsaslarıdır, kökləri keçmişə gedib çıxır. Onların minillik tarixləri var”, - Zaxarova bildirb.

Diplomat qeyd edib ki, İrəvan artıq Qərbdə heç kimin ciddi danışmadığı bir model tapıb.

Zaxarova AB-ni “amorf, zəif iradəli, dağılan struktur” adlandıran ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nulandın açıqlamalarından birini xatırladıb:

“Diplomatik departamentin rəsmi nümayəndəsi diqqəti ona yönəlmişdi ki, hazırda AB-nin vəziyyəti siyasi, iqtisadi, sosial və hüquqi göstəriciləri nəzərə alaraq aydın görünür: hər şey dağılır”.

Rusiyalı diplomat “minillik tarixə malik qədim erməni sivilizasiyası”nın “AB kimi bir icma” ilə müqayisəsinin yersiz olduğunu vurğulayıb.

Mariya Zaxarovanın “çoxəsrlik erməni sivilizasiyası və dövlətçilik tarixi”ndən danışarkən nəyi nəzərdə tutduğu bəlli deyil. Bir qədər qəribə görünsə də, açıq şəkildə onlardan üz döndərən erməniləri yenə də mədh etməkdən özünü saxlaya bilməyib. Bu, ilk belə hal deyil. “Çoxəsrlik erməni dövləti” mövcud olubsa, harada? Zaxarovanın bu sualın cavabını bildiyini zənn etmirik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər